"Bəzi qadınlar var özlərinə bahalı hədiyyə, gül alıb şəklini paylaşır. Altına da yazır ki, təşəkkürlər kocacığım”.
AZXEBER.COM xəbər verir ki, bu sözləri Jurnalist İradə İsak şəxsi "facebook” hesabında yazıb.
Jurnalist, bir ailəni misal çəkərək şahidi olduğu hadisələri statusunda qeyd edib:
"Zəngin xanımlardan birinin alfons əri var idi. Daha kimliyini yazmıram. Adam yaraşıqlı idi. Qadın onun idmanına, biznesinə, geyiminə xeyli pul yatırırdı. Yaşarla (həyat yoldaşı Yaşar İsakov.red) bunları tanıyırdıq. Hər gün 300-400 manat cibinə pul qoyurdu. Amma kənardan bunu bilmirdilər. İlhamə Quliyeva verilişdə olanda gül alıb özünə başqalarının adından göndərdiyi kimi, bu qız da hər gün özünə gül alır, bahalı hədiyyə alıb "instagrama” qoyub təşəkkürlər kocacığım yazmaqdan birtəhər olmuşdu.Oğlanın işi sadəcə gəlib şəkillərdə poz verməkdən ibarət idi amma çox dözə bilmədi. İş elə bir yerə çatdı ki, oğlan artıq günə 1000 manat da versə, bu qadına dözə bilmədi. Ayrıldı getdi daha yaşlı bir qadın tapdı və onunla Türkiyəyə köçdü. O xanımdan bir qızı oldu, 2 yaşı olmamış ondan da ayrıldı. Yəni ki, bütün alfonsların həyatını yaşadı”.
Aysel