İrakli Kobaxidze: Azərbaycan-Gürcüstan münasibətləri çox möhkəm təməl üzərində qurulub

SİYASƏT
16:15 16.03.2024
177
Bizim ölkələri tarixi dostluq bağları birləşdirir. Bu münasibətlər çox möhkəm təməl üzərində qurulub.

Bu fikri Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında deyib.

Münasibətlərimizin bundan sonra da eyni ruhda davam edəcəyinə əminliyini bildirən Baş nazir İrakli Kobaxidze vurğulayıb:

"Hazırda bizim siyasi, iqtisadi və digər səviyyələrdə çox gözəl dialoqumuz var, müsbət dinamika mövcuddur. Bizim niyyətimiz bu əməkdaşlığı və tərəfdaşlığı dərinləşdirməkdir”.
OXŞAR XƏBƏRLƏR