İran ABŞ-a xəbərdarlıq etdi

DÜNYA
19:20 30.08.2013
1297
Amerika Birləşmiş Ştatlarının təkbaşına Suriyaya hücum etməsi ehtimalına İrandan reaksiya gəlib. Paytaxt Tehranda cümə namazı zamanı dindarlar qarşısında çıxış edən ayətulla Kazem Seddiqi ABŞ-ı Suriyaya hücum etməməyə çağırıb."Əgər amerikalılar Suriyaya hücum etmək kimi bir səhvə yol versələr, onlar, heç şübhəsiz ki, qələbə çala bilməyəcəklər, Suriya xalqının müqaviməti və məğrurluğu qələbə çalacaq." - Ayətulla Kazem Seddiqi belə deyib.

OXŞAR XƏBƏRLƏR