İran prezidenti: “ABŞ İsraillə əlbiridir”

İran prezidenti: “ABŞ İsraillə əlbiridir”
DÜNYA
11:55 19.10.2023
143
İran Prezidenti İbrahim Rəisi İsrailin Qəzzanı bombalamasına və Əl-Əhli Baptist Xəstəxanasına son hücumuna reaksiya verərək, ABŞ-nin bu məsələdə İsrailin şəriki olduğunu bildirib.

AZXEBER.COM xəbər verir ki, İran prezidenti paytaxt Tehranın İnqilab meydanında keçirilən İsrailə qarşı etiraz nümayişində ictimaiyyətə müraciət edib.

İsrailin qadın və uşaq fərqi olmadan mülki insanları hədəf alması məğlubiyyətini ört-basdır etmək cəhdi olduğunu ifadə edən Rəisi ABŞ-nin bu məğlubiyyətin yaşanmaması üçün İsrailə hərtərəfli dəstək verdiyini bildirib.

Rəisi deyib: "Sionist rejimə silah dəstəyi verən ABŞ İsrailin ortağıdır. Qəzzada xəstəxanaya edilən hücum İsrail üçün sonun başlanğıcı olacaq”. 

Ayşən
OXŞAR XƏBƏRLƏR