İran ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunun məhv edəcəyi ilə hədələyib

İran ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunun məhv edəcəyi ilə hədələyib
DÜNYA
04:33 13.03.2026
217
İranın enerji obyektlərinə hücum ediləcəyi təqdirdə, Yaxın Şərqdəki ABŞ-la əlaqəli bütün neft və qaz infrastrukturunu məhv edəcək.

Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahının rəsmisi bildirib.

"Xəbərdar edirik ki, İranın enerji infrastrukturuna və limanlarına ən kiçik bir hücum bizim sarsıdıcı və dağıdıcı cavabımıza səbəb olacaq. Belə bir hücum halında, ABŞ və Qərb müttəfiqlərinin payı olan bölgədəki bütün neft və qaz infrastrukturu yandırılacaq və məhv ediləcək", - deyə İranın dövlət televiziyası onun sözlərini sitat gətirib.

/Report
OXŞAR XƏBƏRLƏR