"ABŞ hakimiyyəti İrana qarşı genişmiqyaslı təxribat hazırlayır”.
Bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
Onun sözlərinə görə, məsələ ABŞ kəşfiyyat orqanlarının 2001-ci il 11 sentyabr terror aktlarına bənzər bir hücum hazırlaması ilə bağlıdır.
"Vaşinqton hadisəyə görə İranı günahlandırmaq niyyətindədir”, - deyə o əlavə edib.










































