ABŞ prezidenti Donald Tramp Tehranda rejim dəyişikliyi çağırışına cavab olaraq çox sərt təhdid edilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tehran televiziyasının aparıcısı Mehdi Xanəlizadə "Tramp əsgərlərinin qanını tökməyi seçdi” deyərək, ABŞ prezidentinin 50 min amerikalı əsgəri tabutda geri göndərməyə hazır olduğunu bildirib".
Bu təhdid ABŞ-nin İranın nüvə obyektlərinə hücumlarından sonra yaranıb. İran rəsmiləri bu hücumların ciddi nəticələri olacağını və İsraillə müharibədə birbaşa iştirak etsələr, hədəf siyahısının genişlənəcəyini bəyan ediblər.
Digər tərəfdən Tramp dünən axşam Truth Social platformasında verdiyi açıqlamada İrandakı bütün nüvə obyektlərinin böyük ölçüdə məhv edildiyini və hücumların xüsusilə yeraltı ərazilərə ciddi ziyan vurduğunu bildirib. O, peyk görüntülərinə əsaslandığını bildirdiyi bəyanatında İranda rejim dəyişikliyini müdafiə edib.
İran mediası bu gün İsrailin Fordodakı nüvə obyektinə yeni hücuma keçdiyini bildirib. İsrail mənbələrinin məlumatına görə, hədəf obyektə gedən əsas yol olub.
İsrailin paytaxt Tehrana "görünməmiş güclə” hava zərbələri endirdiyi də bildirilib. Bu hücumlarda Respublika Qvardiyasına aid hərbi qərargah vurulub və yüzlərlə elit əsgər və kəşfiyyatçının həyatını itirdiyi iddia edilib. Tehran səmasında yüksələn nəhəng tüstü buludları hücumun miqyasını üzə çıxarıb.
Gülay