ASXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, Qalibaf bildirib ki, hər hansı xarici hücum Tehranın İsrail və ABŞ-nin regional bazalarını qanuni hədəf kimi nəzərdən keçirməsinə səbəb olacaq.
Onun sözlərinə görə, İran qanuni müdafiəni yalnız hərəkətdən sonrakı reaksiya ilə məhdudlaşdırmır və Amerikanın hərbi hücumu halında həm işğal olunmuş ərazi, həm də ABŞ hərbi və gəmiçilik obyektləri İranın qanuni hədəfləri olacaq.








































