İran ABŞ vətəndaşlarına giriş vizalarının verilməsini dayandıracaq

İran ABŞ vətəndaşlarına giriş vizalarının verilməsini dayandıracaq
MANŞET
17:24 31.01.2017
908

İran amerikalı lider Donald Trampın miqrasiya siyasətinə cavab olaraq ABŞ vətəndaşlarına giriş vizalarının verilməsini dayandırıb. 

Müvafiq bəyanatı İran XİN rəhbəri Məhəmməd Cavad Zərif Fransanın XİN rəhbəri Jan-Mark Eyro ilə mətbuat konfransında bildirib.  

"Bizim buna cavabımız (miqrasiya siyasətinə - red.) - amerikalılara İrana səfər üçün viza verməyəcəyik”, - Zərif deyib. 

Daha öncə İranın Trampın miqrasiya siyasətinə cavab tədbiri gördüyü barədə məlumat yayılmışdı. 

OXŞAR XƏBƏRLƏR