İran Milli Təhlükəsizlik Ali Şurası ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi ilə əməkdaşlığının dayandırılması barədə qərar qəbul edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.
Şura qeyd edir ki, qərara səbəb Birləşmiş Krallıq, Almaniya və Fransanın BMT Təhlükəsizlik Şurasının anti-İran sanksiyalarını bərpa etməyə yönəlmiş addımları olub.
"İran Xarici İşlər Nazirliyi agentliklə dialoq apararaq böhranın həlli üçün planlar təqdim etsə də, Avropa ölkələrinin mövqeyi nəzərə alınaraq əməkdaşlığın dayandırılması qərara alınıb”, -məlumatda deyilir.