İran Ali Dini Şurasının sədri vəfat edib

DÜNYA
18:08 21.10.2014
1773
Bu gün İranın tanınmış din xadimi, İran İslam Respublikasının Xübrəqan (Ali Dini Şura) Məclisinin sədri Ayətullah Məhəmmədrza Məhdəvi Kəni 83 yaşında ürək tutmasından vəfat edib.
AZXEBER.COM-un “AzərTAc”a istinadən xəbərinə görə, bununla əlaqədar İranda iki günlük matəm elan olunub.
Ayətullah Məhəmmədrza Məhdəvi Kəni İran İslam İnqilabından sonra ölkədə bir sıra yüksək vəzifələrdə çalışıb. O, 2011-ci ildə Əli Əkbər Haşimi Rəfsəncaninin Xübrəqan Məclisinin sədrliyindən istefa verdikdən sonra bu vəzifəyə seçilib.
Xübrəqan Məclisi İranın mühüm hakimiyyət orqanlarından biridir. Bu qurumun səlahiyyətlərinə İranın ali rəhbərinin fəaliyyətinə nəzarət etmək, ali rəhbəri seçmək və onu vəzifədən uzaqlaşdırmaq daxildir.
OXŞAR XƏBƏRLƏR