İran Roma görüşünə razılıq verdi

İran Roma görüşünə razılıq verdi
DÜNYA
18:21 29.04.2025
251
İran "Avropa üçlüyü" ölkələrinin (Almaniya, Böyük Britaniya və Fransa) təklifini qəbul edib və onun nümayəndələri ilə görüşməyə razılıq verib.
 
Bu barədə bu gün "Baghdad today” xəbər portalı məlumat yayıb.

İran XİN-dəki mənbə bildirib ki, Fransa, Britaniya və Almaniya Romada ABŞ tərəfi ilə dolayı danışıqlar ərəfəsində İran XİN nümayəndələri ilə görüş təşkil etməyi xahiş ediblər.

Bildirilib ki, Tehran bu təklifi təsdiqləyib və "Avropa üçlüyü"nə belə bir görüşün mayın 2-də, ABŞ ilə gözlənilən dördüncü məsləhətləşmə raundundan bir gün əvvəl keçirilə biləcəyini bildirib.
OXŞAR XƏBƏRLƏR