İran "Avropa üçlüyü"ndəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.
AZXEBER.COM xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) öz "Telegram" kanalında məlumat verib.
İran XİN bildirib ki, İranın Almaniya, Fransa və Böyük Britaniyadakı səfirləri Avropa ölkələrinin Birgə Kompleks Fəaliyyət Planı ilə bağlı mübahisələrin həlli mexanizmindən istifadə üzrə atdığı addımlar və İranın nüvə dosyesinə qarşı sanksiyaların bərpası ilə bağlı məsləhətləşmələr üçün Tehrana çağırılıb.
\ oxu.az