İran birjası ikinci elana qədər bağlı qalacaq

İran birjası ikinci elana qədər bağlı qalacaq
DÜNYA
15:03 07.03.2026
190
İranın fond birjası bağlı qalmaqda davam edəcək.

Bu barədə "Tasnim” İranın iqtisadiyyat naziri Əli Mədenizadəyə istinadən məlumat yayıb.

Nazir qeyd edib ki, birjanın bağlanması ilə vətəndaşların birjadakı vəsaitlərinin qorunması hədəflənir və fond birjası ikinci bir elan verilənədək açılmayacaq.

Qeyd edək ki, İran birjası müharibənin ikinci günü bir həftə müddətinə bağlı qalıb.
OXŞAR XƏBƏRLƏR