İran 25 apreldən etibarən Tehran Beynəlxalq İmam Xomeyni Hava Limanının yenidən açıldığını və beynəlxalq uçuşların bərpa olunacağını elan edib. Qərara əsasən, ilk mərhələdə İstanbul və Maskat istiqamətlərinə reyslər həyata keçiriləcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, məlumat İranın yarı-rəsmi Tasnim Xəbər Agentliyi tərəfindən yayılıb.
Bildirilib ki, sözügedən uçuşlar Iran Air, Mahan Airlines, Iran Air Tour və Sepehran Airlines tərəfindən icra olunacaq. Uçuş cədvəllərinin isə İran Mülki Aviasiya Təşkilatının icazələrindən sonra yaxın günlərdə yenilənəcəyi qeyd olunub.
Xatırladaq ki, İran hava limanları fevralın 28-dən etibarən ABŞ və İsrail ilə baş verən hərbi gərginlik fonunda bağlanmışdı.











































