İran bu məlumatı təkzib etdi

İran bu məlumatı təkzib etdi
DÜNYA
21:15 09.11.2026
74
İran ABŞ-nin vitse-prezidenti Cey Di Venslə ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai arasında Qətərin paytaxtı Dohada görüş keçirilməsi ilə bağlı məlumatları təkzib edib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

Bildirilib ki, İranın yüksək vəzifəli təhlükəsizlik rəsmisi iki ölkə arasında mümkün görüşlə bağlı mediada yayılan məlumatların həqiqəti əks etdirmədiyini bildirib.

Rəsminin sözlərinə görə, Tehranın ABŞ ilə danışıqlara dair siyasətində və planlarında heç bir dəyişiklik yoxdur.

O qeyd edib ki, ABŞ tərəfi İranın irəli sürdüyü yeddi şərt çərçivəsində praktiki addımlar atmayana qədər Vaşinqtonla danışıqların keçirilməsi nəzərdə tutulmur.
OXŞAR XƏBƏRLƏR