Regionun spontan mənzərəsi - Azərbaycan nə etməlidir?

Regionun spontan mənzərəsi - Azərbaycan nə etməlidir?
Siyasət
15:00 29.08.2022
444
Azərbaycanın həmsərhəd olduğu 5 ölkənin gələcək taleyi ilə bağlı strateji araşdırmaların aparılması, növbəti on illiklərdə həmin ölkələri gözləyən neqativ və pozitiv proseslərin təhlili bizim üçün həyati əhəmiyyətli məsələlərdən olmalıdır. Təəssüf ki, həmin ölkələrin içərisində ən xırda siyasi-sosial instinktləri izləyib ciddi nəticələr əldə edən və bunu ölkəmizin gələcək strateji planlarına salınmasına nail olan beyin mərkəzləri yoxdur.

Sual olunur, ABŞ və İngiltərə niyə güclüdür? Necə olur ki, okeanın o biri tayında yerləşən ABŞ Avrasiyada yerləşən dövlətlərin taleyini dəyişir, xalqların genetik yaddaşına təsir edə bilir, inqilablar hazırlayır?

Məsələ bundadır ki, ABŞ-da dünyada mövcud olan hər bir ölkəni, o ölkələrdə yaşayan xalqları araşdıran eyni sayda məxfi institutlar, mərkəzlər fəaliyyət göstərir. ABŞ Azərbaycanda, İranda, Ermənistanda yaşayan xalqların ən incə mental dəyərlərini öyrənir, onların həssas siyasi instinktlərini araşdırır, hətta hər bir rayonun, kəndin adət-ənənələrini, onların psixoloji həssaslıq dərəcəsini analiz edib həmin ölkələrə inqilablar ixrac etməyin, savaş çıxarmağın və sülhə nail olmağın konsepsiyasını hazırlayır. Təsəvvür edin, dünyada mövcud olan 245 dövlətin (bunlardan 195- beynəlxalq səviyyədə müstəqil dövlət kimi tanınır) və ərazinin hər birini araşdıran mərkəzlərin və hər bir mərkəzin də minlərlə əməkdaşı var.

ABŞ fərqli edən başqa bir ideoloji yanaşma tərzi də var. Məsələn, ABŞ terrorizmlə mübarizə aparmaq üçün kabinetlərdə oturan mütəxəssis yetişdirmir, bu mübarizəni daha effektiv aparmaq üçün potensial "terrorçu”-mütəxəssislər yetişdirir. Həqiqətən də terrorçularla ən yaxşı mübarizəni elə "terrorçu”ların özləri apara bilərlər. Bu baxımdan, ABŞ xüsusi xidmət orqanlarının terrorizmlə mübarizə aparan qurumlarının əməkdaşları potensial "terrorçu”lardır.

İRAN - Azərbaycan bu ölkə ilə cənubdan həmsərhəddir. İranın özü şərqdən Əfqanıstan və Pakistanla sərhəddir. Əfqanıstanda "Taliban”ın hakimiyyətə gətirilməsi İranın gələcək taleyinin ən acı konturlarını cızacaq. İki ölkə arasındakı dini-siyasi düşmənçiliyi arxa plana çevirən "narkotik müttəfiqliyi” hələki bu prosesi ləngidir. Dünyanın 9 nüvə dövlətindən biri olan Pakistan və İran 1979-cu il İran İnqilabına qədər ABŞ-a qarşı eyni cəbhədə yer almışdı.

Ancaq daha sonra bu üç amil hər iki ölkə arasında ciddi ziddiyyətlər yaratdı - Pakistanın Qərbmeylli siyasət yürütməsi, İranın İslam dünyasında liderlik təşəbbüsünü ələ almaq istəkləri və Pakistanın nüvə silahına sahiblənməsi...

Bu üç amil Pakistanı ABŞ-ın əsas müttəfiqinə çevirməklə yanaşı, İranla da uzaq hədəflərə hesablanan düşmənçilik "korpus”ları yaratdı. İran şərqdən ABŞ-ın ən yaxın müttəfiqlərindən hesab olunan Pakistanla (təxminən 960 km-lik + 921 km-lik sərhəd) və "Taliban”la mühasirəyə alınıb. Hazırda Azərbaycanın Pakistanla münasibətləri isə ən üst və pozitiv mərhələdədir.

Dünyada narkotik istehsalının 83%-i Əfqanıstanın payna düşür, əfqanların narkotiklərini isə Azərbaycana İran daşıyır. İran şərq cəbhəsindəki təhlükələrdən "strateji” şəkildə istifadə edir, şimal-qərbdən qonşusu olan Azərbaycanı "ağ ölüm”lə boğur, sanksiyalardan aldığı zərərləri narkotik ticarətindən əldə etdiyi gəlirlərlə qarşılayır və hazırda Azərbaycanda narkotik istifadəçilərinin sayının günbəgün artması İranın mənfur siyasətinin reallaşması anlamına gəlir. İran bu yolla Azərbaycanın genefondunu dağıdır, xalqı fiziki və mənəvi terrora məruz qoyur.

İranda yaşayan 40 milyonluq azərbaycanlının yaşadığı coğrafiya (286 min km2-lik), əhalinin - hər bir kəndin sosial problemləri, siyasi yükü, psixoloji durumu dərindən araşdırılmalı, strateji plan və resurs kimi əlimizdə olmalıdır.

Bəs Rusiya, Gürcüstan, Türkiyə və Ermənistan?
 
Müəllif: Samir Feyruzov
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib