“İran din adı altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparır” - Tural Abbaslı

“İran din adı altında Azərbaycana qarşı qarayaxma kampaniyası aparır” - Tural Abbaslı
SİYASƏT
13:51 17.06.2022
372
"İran bir çox hallarda din adı altında özünün dövlət siyasətini yürütməyə çalışır. Azərbaycana qarşı qarayaxma kampaniyası aparır”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. O, qeyd edib ki, İran mütəmadi olaraq Azərbaycanın daxili siyasətinə qarışmağa çalışır:

"İran həm Azərbaycanda, həm də regionda öz imkanlarını saxlamaq istəyir. Ona görə də, mütəmadi olaraq Azərbaycana daxili siyasətdə, Qarabağ məsələsində hər zaman əleyhinə olan mövqedən çıxış edib. Biz qeyd etməliyik ki, bəzən bu siyasətə dəstək verən daxili qüvvələr də var. Burada İran bir çox hallarda din adı altında özünün dövlət siyasətini yürütməyə çalışır. Bu da azdan-çoxdan bəzən baş tutur. Biz hazırlıqlı olmalıyıq. Mən hər zaman demişəm, unutmamalıyıq ki, bizim şimal qonşumuz kimdir, cənub qonşumuz kimdir, qərb qonşumuz kimdir, biz bunu unutmamalıyıq. Ümumən götürəndə Azərbaycan öz maraqlarını təmin etməyə çalışmalıdır. Yəni, İranın bu cür fəaliyyəti, Azərbaycan üçün qarayaxma kampaniyaları ilk dəfə deyil. Amma dövlət olaraq onlara konkret mövqe qoymalıyıq və bunun qarşısını qətiyyətlə almalıyıq”.

T. Abbaslı həmçinin qeyd edib ki, biz onların bu cür fəaliyyətinin qarşısını almalıyıq:

"İstənilən fəaliyyət nəticə almaq üçündür. Nəticə olur, istər mənfi, istər müsbət. İran da nəyəsə cəhd edir. Amma nəyəsə nail ola bilməyiblər. Biz də bu məsələyə qeyri-ciddi yanaşmamalıyıq. Laqeyd yanaşsaq, məqsədlərinə çatmağa çalışacaqlar. İranda hakimiyyətdə oturanlar axmaq deyil ki, bu qədər xərc çəkib nəyəsə nail olmasınlar. Bu günə qədər fəaliyyətlərində Azərbaycana azdan-çoxdan təsir etmə imkanı olan iki dövlətdən biridir. Ona görə də biz çalışmalıyıq ki, bu imkanları tam sıfıra endirək. Bunların qarayaxmaq fəaliyyətinin də qarşısını alaq”.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR