İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı

İran diplomatı Bakıdakı əyləncə mərkəzində ağır xəsarət aldı
SOSİAL
10:06 27.11.2022
275
Bakının Xətai rayonunda əyləncə mərkəzində bədbəxt hadisə baş verib.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, hadisə Afiyyədin Cəlilov 22 ünvanında yerləşən əyləncə mərkəzində qeydə alınıb.

İran vətəndaşı, 1972-ci il təvəllüdlü Hossein Yazdani suya baş vurmaq üçün hovuza atlanıb.

Bu zaman onun başı hovuzun kənarına çırpılıb.

O, açıq kəllə-beyin travması alaraq xəstəxanaya yerləşdirilib.
 
Həkimlər diplomatın vəziyyətinin stabil olduğunu bildirir.

Qeyd edək ki, H.Yazdani İranın Azərbaycanda səfirliyinin ikinci katibidir.
OXŞAR XƏBƏRLƏR