İran gəmilərin Hörmüz boğazından keçmələri üçün şərt qoydu

İran gəmilərin Hörmüz boğazından keçmələri üçün şərt qoydu
DÜNYA
00:24 13.03.2026
212
"Hörmüz boğazından istifadə etmək istəyən gəmi ekipajları keçidi İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırmalıdır".

AZXEBER.COM "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqai bildirib.

Diplomatın sözlərinə görə, ABŞ və İsrail Yaxın Şərqdə gəmilərin hərəkətinə təsir edə biləcək gərgin vəziyyət yaradıb. O qeyd edib ki, bununla belə, İran rəhbərliyi Hörmüz boğazında təhlükəsizliyin təmin olunmasını istəyir.

"Gəmilər öz keçidlərini İran Hərbi Dəniz Qüvvələri ilə razılaşdırmalıdır ki, gəmiçiliyin təhlükəsizliyi təmin edilsin", - deyə Bəqai əlavə edib.
OXŞAR XƏBƏRLƏR