İran gəmisində ölən şəxslərin meyitləri təhvil verildi - Nazirlik

İran gəmisində ölən şəxslərin meyitləri təhvil verildi - Nazirlik
SOSİAL
10:38 22.10.2018
2495
Xəzər dənizinin mərkəzi hissəsində, Pirallahı adasından 21 mil məsafədə Aktau-Bakı marşrutu üzrə hərəkət edən İran İslam Respublikasına məxsus "Nazmehr” quru yük gəmisində zəhərlənənlər xəstəxanadan buraxılıblar.

Bunu AZXEBER.COM-a Səhiyyə Nazirliyinin mətbuatxidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, ölən şəxslərin meyitləri isə aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, gəmidə zəhərlənən 3 İran vətəndaşı həkim gələnə qədər hadisə yerində dünyasını dəyişib. İlkin ehtimala görə, zəhərlənməyə səbəb gəmidə gətirilən taxıla vurulan kimyəvi maddə olub.

OXŞAR XƏBƏRLƏR