İran Hörmüz boğazında ABŞ helikopterini vurdu - Trampdan sərt REAKSİYA
DÜNYA
21:39 09.06.2026
113
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İran Hörmüz boğazı üzərində patrul xidməti həyata keçirən ABŞ ordusuna məxsus "Apache” helikopterini vurub.
AZXEBER.COM xəbər verir ki, bu barədə Tramp "Truth Social" social media hesabında yazıb.
"Mənə məlumat verildi ki, ötən gecə iranlılar Hörmüz boğazı üzərində patrul xidməti aparan yüksək texnologiyalı "Apache" helikopterlərimizdən birini vurublar.
Helikopterdə iki pilot olub və onların hər ikisi sağdır, xəsarət almayıb. Buna baxmayaraq, ABŞ bu hücuma mütləq cavab verməli olacaq”, – deyə Tramp bildirib.