İran İnqilab Keşikçiləri Ordusunun sözçüsü Hüseyn Muhibbi ABŞ və İsrailin İranın raket və pilotsuz uçuş aparatları (PUA) imkanlarını düzgün qiymətləndirmədiyini bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran mətbuatında yayılan xəbərlərə görə, Muhibbi ölkəsinin hərbi imkanları barədə danışarkən müharibə zamanı istifadə edilən silahların mənzil, dağıdıcılıq və dəqiqlik baxımından qarşı tərəfi təəccübləndirdiyini iddia edib.
O, mümkün hücum halında İranın fərqli silahlardan istifadə edəcəyini açıqlayıb.
Muhibbi həmçinin ABŞ-ın yüksək hərbi gücünə baxmayaraq, Hörmüz boğazını aça bilmədiyini iddia edib. Onun sözlərinə görə, ABŞ hərbi gəmiləri Hörmüz boğazından 400 kilometrədək uzaqlaşıb və Bəhreyndə yerləşdirilib.
İran rəsmisi ABŞ hərbi gəmilərinin Hörmüz boğazı yaxınlığından uzaqlaşmasını İranın qələbəsi kimi qiymətləndirib.
"İranın indiyədək istifadə etmədiyi bəzi imkanları və strateji hədəfləri mövcuddur. Lazım gəldikdə bu imkanlardan istifadə ediləcək”, - deyə Muhibbi bildirib.
Gülay











































