İran Hürmüz boğazını bağladı: “Yaxınlaşmaq düşmənlə əməkdaşlıq sayılacaq”

İran Hürmüz boğazını bağladı: “Yaxınlaşmaq düşmənlə əməkdaşlıq sayılacaq”
DÜNYA
11:18 11.06.2026
191
İran İnqilab Keşikçiləri Ordusu Hörmüz boğazının ikinci bir açıqlamaya qədər gəmi hərəkəti üçün bağlandığını elan edib.

AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Tələbə Xəbər Agentliyi (ISNA) məlumat yayıb.

İnqilab Keşikçiləri Ordusunun yaydığı açıqlamada bildirilib ki, ABŞ tərəfindən atəşkəs şərtlərinin dəfələrlə pozulması səbəbindən Hörmüz boğazı yenidən bağlanıb.

"Amerikalı düşmənin atəşkəs şərtlərini təkrar-təkrar pozmasından sonra Hörmüz boğazı ikinci bir açıqlamaya qədər bağlanacaq”, – deyə bəyanatda vurğulanıb.

Açıqlamada həmçinin Basra körfəzi və Oman dənizində lövbərlənmiş gəmilərə əraziləri tərk etməmək barədə xəbərdarlıq edilib.

"Hörmüz boğazına yaxınlaşmaq düşmənlə əməkdaşlıq kimi qəbul ediləcək”, – deyə məlumatda qeyd olunub.
 
Gülay
OXŞAR XƏBƏRLƏR