ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR

ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
SOSİAL
13:18 11.06.2026
406
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində elm və təhsil nazirinin müavini Həsən Həsənli və ADNSU-nun rektoru Rüfət Əzizov çıxış ediblər.

Elm və təhsil nazirinin müavini Həsən Həsənli olimpiada qaliblərini təbrik edərək onların gələcəyin alimləri, ölkənin inkişafına töhfə verəcək, yeni kəşflərə imza atacaq və cəmiyyətin tərəqqisində mühüm rol oynayacaq gənclər olduğunu vurğulayıb.

Həsən Həsənli qeyd edib ki, son illər Respublika Fənn Olimpiadalarının qaliblərinin nüfuzu həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə daha da artıb. Nazir müavini çıxışında qaliblərin gələcək fəaliyyətinə də toxunaraq bildirib ki, onların bu gün nümayiş etdirdiyi bilik, bacarıq və keyfiyyətlər gələcək uğurlarının əsasını təşkil edir.

ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxışındaqalibləri təbrik edərək, bu il respublika fənn olimpiadalarında ölkənin müxtəlif məktəblərindən 70 mindən çox şagirdin iştirak etdiyini diqqətə çatdırıb. Rektor qeyd edib ki, bu göstərici Azərbaycanda güclü olimpiada hərəkatının formalaşmasının, şagirdlərin bilik yarışlarına marağının, müəllimlərin onların hazırlığına göstərdiyi diqqətin və məktəblərdə bu istiqamətdə yaradılan inkişaf mühitinin bariz göstəricisi kimi dəyərləndirilə bilər. Rüfət Əzizov həmçinin vurğulayıb ki, əgər bir vaxtlar beynəlxalq olimpiadalarda medal qazanmaq böyük hadisə kimi qiymətləndirilirdisə, bu gün Azərbaycan şagirdlərinin beynəlxalq arenada əldə etdikləri uğurlar artıq gözlənilən nəticəyə çevrilib. O bildirib ki, bu nailiyyətlər təsadüfi deyil, təhsil sahəsində uzun illər ərzində həyata keçirilən sistemli və məqsədyönlü fəaliyyətin məntiqi nəticəsidir.

Tədbirin rəsmi hissəsindən sonra təbiət fənləri üzrə qaliblərə mükafatlar təqdim edilib.

Qeyd edək ki, 2025/2026-cı tədris ili üzrə keçirilən Respublika Fənn Olimpiadalarında ümumilikdə 73 193 nəfər şagird iştirak edib. İştirakçı aktivliyi daha çox riyaziyyat (20 026 nəfər) və Azərbaycan dili və ədəbiyyat (18 835 nəfər) fənləri üzrə müşahidə olunub. Fizika fənni üzrə isə 4 389 nəfər iştirak qeydə alınıb.

İştirakçıların 40 269 nəfəri qız, 32 924 nəfəri oğlan olub. Olimpiadada ümumilikdə 94 nəfər qızıl, 169 nəfər gümüş və 257 nəfər bürünc medal qazanıb.

Respublika Fənn Olimpiadaları nədir?

Respublika Fənn Olimpiadaları hər tədris ilində bir dəfə olmaqla Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən keçirilən elm yarışıdır. Olimpiada məktəb mərhələsi, rayon (şəhər) mərhələsi, respublika mərhələsinin yarımfinal və final turları olmaqla dörd mərhələdə təşkil edilir.

Respublika Fənn Olimpiadaları Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya və informatika olmaqla 8 fənn üzrə keçirilir və yalnız VIII–XI sinif şagirdlərini əhatə edir.

Olimpiada proqramı məktəb proqramı ilə məhdudlaşmır. Müvafiq proqram tədris ilinin əvvəlində təhsil idarələri vasitəsilə məktəblərə göndərilir və ARTİ-nin rəsmi saytı üzərindən yerləşdirilir.

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Respublika Fənn Olimpiadalarının qalibləri ali təhsil müəssisələrinin bir sıra ixtisaslarına müsabiqədənkənar qəbul olmaq hüququ qazanırlar.

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
23:23 26.09.2026
Siqnala görə başlayan mübahisə ölümlə bitdi - 17 yaşlı oğlan saxlanıldı
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
23:17 26.09.2026
Yolda başlayan tıxac gərginliyi evdə “PARTLAYIR” - Bakının sıxlığı insanları necə dəyişir?
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
23:04 26.09.2026
Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
22:52 26.09.2026
Evlənməkdən qorxan 4 bürc – Səbəbləri təəccübləndirə bilər
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
22:49 26.09.2026
Qanun icazə verir, cəmiyyət qınayır - Azərbaycanda MÜBAHİSƏLİ MÖVZU
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
22:36 26.09.2026
Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
22:16 26.09.2026
100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI - VİDEO
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
21:58 26.09.2026
Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU
Mehriban Xanlarova buna görə verilişlərə getmir
21:37 26.09.2026
Mehriban Xanlarova buna görə verilişlərə getmir
Keçmiş deputat vəzifəsindən azad olundu - FOTO
21:29 26.09.2026
Keçmiş deputat vəzifəsindən azad olundu - FOTO
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
21:21 26.09.2026
Pensiya sistemi dəyişir: Yeni qaydalar kimlərə və necə təsir edəcək?
78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
21:10 26.09.2026
78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu
Pul əldə etdikdə dəyişən 4 bürc
20:51 26.09.2026
Pul əldə etdikdə dəyişən 4 bürc
Sürücülərin NƏZƏRİNƏ: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
20:33 26.09.2026
Sürücülərin NƏZƏRİNƏ: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu
20:22 26.09.2026
Deputatla insident yaşayan həmin qarpız satanın işsizliyi həll olundu
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib - VİDEO
20:18 26.09.2026
Leyla Əliyeva Milli Onkologiya Mərkəzini ziyarət edib - VİDEO