İran husilərlə bağlı Vaşinqtonla gizli danışıqlar apardığına dair məlumatı təkzib edib

İran husilərlə bağlı Vaşinqtonla gizli danışıqlar apardığına dair məlumatı təkzib edib
DÜNYA
20:34 14.03.2024
186
İran tərəfi Qırmızı dənizdə Yəmənin şimalında hakim olan şiə Ənsar Allah hərəkatının (husilərin) hücumları ilə bağlı Vaşinqtonla danışıqlar aparmayıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İRNA Agentliyi məlumat yayıb.

Bildirilib ki, Tehran və Vaşinqton arasında mesaj mübadiləsi yalnız anti-İran sanksiyaları ilə bağlı olub.

Qeyd edək ki "Financial Times” nəşri adı açıqlanmayan ABŞ və İran rəsmilərinə istinadən ABŞ-nin yanvar ayında İranla gizli danışıqlar apararaq, husilərin Qırmızı dənizdə gəmilərə hücumlarını dayandırması barədə İran tərəfini razı salmağa çalışdığı barədə məlumat yayıb.
OXŞAR XƏBƏRLƏR