İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq

İran İnqilab Keşikçiləri: Hayfadakı sənaye obyektlərini hədəf aldıq
DÜNYA
12:04 08.06.2026
117
İran İnqilab Keşikçiləri Ordusu İsrailin İrandakı neft-kimya obyektlərinə endirdiyi zərbələrə cavab olaraq İsrailin Hayfa şəhərində yerləşən sənaye obyektlərini hədəf aldıqlarını açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İnqilab Keşikçilərinin yaydığı bəyanatda İsrailin hücumlarına cavab verildiyi bildirilib.

"Düşmənin neft-kimya obyektlərinə təşkil etdiyi hücumlara cavab olaraq Hayfadakı oxşar sənaye müəssisələri hədəf alınıb”, – deyə açıqlamada qeyd olunub.

Bəyanatda həmçinin İsrailin mülki hədəfləri və neft sənayesini vurmasının regiondakı bütün enerji mərkəzlərinə təsir göstərə biləcək təhlükəli prosesə səbəb olduğu vurğulanıb. İran tərəfi mümkün iqtisadi nəticələrə görə ABŞ-ın məsuliyyət daşıyacağını iddia edib.

Qeyd edək ki, daha əvvəl İsrailin İranın cənub-qərbində yerləşən Xuzistan əyalətinin Mahşəhr şəhərindəki neft-kimya obyektinə zərbə endirdiyi bildirilmişdi.
 
Gülay

OXŞAR XƏBƏRLƏR