AZXEBER.COM xəbər verir ki, bu sözləri İran parlament üzvlərinin Azərbaycana qarşı imzaladığı bəyənatı şərh edərkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
O, həmçinin qeyd edib ki, Azərbaycan müstəqil dövlətdir və istədiyi ölkədə səfirlik aça bilər:
"İran uzun illərdir ki, Azərbaycan əleyhinə apardığı siyasətin yeni mərhələsini icra etməkdədir. Azərbaycan müstəqil dövlətdir və tam suveren haqqıdır ki, istənilən ölkədə səfirlik açsın, istənilən ölkədə öz konsulluğunun fəaliyyətini təşkil etsin. İstənilən ölkə ilə ikitərəfli münasibətləri inkişaf etdirə bilər. Bu baxımdan da İran unudur ki, İsraillə yalnız Azərbaycan deyil, digər müsəlman ölkələrin də diplomatik əlaqələri var və İsraildə bir çox müsəlman ölkələrin səfirlikləri fəaliyyət göstərməkdədir. İsrailin Azərbaycanla münasibətlərini inkişaf etdirməsi hansısa dövlətə hədəflənməyib. Bu yalnız İsraillə Azərbaycanın inkişafına töhfə verməkdir. Uzun illərdir ki, Azərbaycanda İsrail səfirliyi fəaliyyət göstərir və Azərbaycan İsrailin iqtisadi proseslərində yaxından iştirak edir. Bu gün də İsrailin neftə olan ehtiyacının 30%-dən çoxunu Azərbaycan təmin etməkdədir. Bununla yanaşı Azərbaycanın hərbi sənayesinin inkişaf etdirilməsi, İsrail şirkətləri ilə birlikdə modern silahlar istehsal etməsi buna bir misaldır".
"44 günlük Vətən Müharibəsində biz kimin dost, kimin düşmən olduğunu daha yaxşı bildik. 44 günlük Vətən Müharibəsində İran Azərbaycana qarşı oldu, Ermənistana dəstək verdi. Azərbaycan sərhəddinə hərbi texnika yığdı, hərbi təlimlər təşkil etdi. İndi də Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə istəyinin əleyhinə çıxış edir. Bütün bunlar azmış kim, Qafan şəhərində İran konsulluğunu açmaqla Azərbaycana qarşı nə qədər qərəzli və fərqli siyasət yeritdiyini ortaya qoydu. Vətən Müharibəsində İsrail açıq formada Azərbaycana hərtərəfli öz dəstəyini nümayiş etdirdi. Bu dəstək bizə İsraildə səfirlik açmağa imkan verdi. Faktiki olaraq İran İslam yox, xristian dəyərlərini seçmiş oldu. Buna görə də İran parlamentarilərinin imzaladığı bəyanatın heç bir hüquqi əsası yoxdur.
"Düşünürəm ki, İran Tehranda Azərbaycan səfirliyində baş verən terror aktı ilə bağı üzr istəməlidir. İstintaqının düzgün və səmimi aparılmasını təmin etməlidir. Həmçinin Azərbaycanda baş vermiş bir sıra ixtişaş və terror hadisələrinə görə cinayətkaların tapılmasında və cəzalandırılmasında Azərbayacana dəstək verməlidir. Bunları etmədiyi təqdirdə biz açıq şəkildə baş verən proseslərdə İran tərəfinin əli olduğunu söyləyə bilərik. Çünki həbs olunmuş şəxslərin keçmişinə baxsaq açıq şəkildə görərik ki, İran radikal dini qruplaşmalarının izi və xətti görünür. İran sərt və qərəzli mövqe ortaya qoyur və faktiki olaraq Azərbaycanın suveren haqqlarına xələl gətirir. İran Azərbaycanın güc qazanmasını qəbul edə bilmir. Regionda söz sahibi olmasını qəbul edə bilmir" deyə deputat əlavə edib".
Günel Hüseynli