İran İsrailə casusluq edən şəxsləri edam etdi

İran İsrailə casusluq edən şəxsləri edam etdi
DÜNYA
13:17 29.01.2024
131
İranda İsrailə casusluq etdiyi iddia edilən 4 nəfər edam edilib.
    
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, Fars Xəbər Agentliyinin məlumatına görə, Məhəmməd Feramerzi, Muhsin Mazlum, Vefa Azərbər və Pejman Fatihi səhər saatlarında edam edilib.

Rejim əleyhdarı Komala təşkilatına üzv olduqları iddia edilən şəxslərin İraqın şimalından İrana sızdığı və İsfahanda müdafiə sənayesi obyektinə hücum planı hazırlayarkən nəzarətə alındığı bildirilib.

Sözügedən 4 nəfər 2023-cü il sentyabrın 18-də İsrail kəşfiyyat xidməti Mossad-da işlədikləri üçün edam cəzasına məhkum edilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR