İran İsrailə qarşı daha bir raket hücumu həyata keçirib.
Bu barədə İranın Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, raketlər əsasən İsrailin cənub ərazisinə yönəldilib.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb.










































