İran İsrailə qarşı hücumlarda ilk dəfə ortamənzilli "Xeybər Şekan” ("Kheibar Shekan”) adlı üçüncü nəsil ballistik raketdən istifadə edib.
Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Qeyd edək ki, 1450 km mənzilli raket qarşı tərəfin hava müdafiə sistemini dəf etmək qabiliyyəti ilə seçilir və müəyyən edilmiş hədəfi yüksək dəqiqliklə vurur.