İran İsrailə qarşı raket hücumlarına başladı

İran İsrailə qarşı raket hücumlarına başladı
DÜNYA
09:21 05.03.2026
328
İran İsrailə qarşı raket hücumlarına başlayıb.

Bu barədə İsrail Ordusunun açıqlamasında deyilir.

Bildirilib ki, İrandan İsrailə raketlərin atıldığı aşkar olunub və hava hücumundan müdafiə sistemləri onları zərərsizləşdirmək üçün işə salınıb.

Hücuma məruz qalan ərazilərdə mobil telefonlara xəbərdarlıq mesajları göndərilib və siqnalizasiya səsi eşidilən yerlərdə sakinlərə sığınacaq axtarmaları tövsiyə olunub.

"İsrail Hayom” qəzeti İrandan İsrailə dörd raket atıldığını bildirib.

Daha sonra ikinci raket hücumu da qeydə alınıb və müdafiə sistemləri yenidən fəaliyyətə keçib.

/qafqazinfo
OXŞAR XƏBƏRLƏR