İran İsrailə sərt CAVAB

İran İsrailə sərt CAVAB
DÜNYA
11:16 30.06.2025
166
İran lideri Xamneyinin müşaviri Əli Laricani İsrailin yüksək səviyyəli İran rəsmilərinə təhdid mesajları göndərdiyini və məqsədlərinin ölkə rəhbərliyini sıradan çıxarmaq olduğunu bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran lideri Ayətullah Əli Xameneinin müşaviri və parlamentin keçmiş sədri Əli Laricani İsrail hücumların ilk günündə bəzi rəsmilərə təhdid mesajları göndərib.

İsrailin məqsədinin təkcə siyasi və hərbi quruluşu deyil, həm də ölkə lideri Xamneyini birbaşa təhdid edərək dövlət quruluşunu sürətlə dağıtmaq olduğunu bildirən Laricani, "Düşmən hesablamışdı ki, liderlərin görüşü zamanı yüksək səviyyəli İran rəsmilərini hədəfə alaraq dövlət quruluşunu sürətlə sıradan çıxara bilər. Onların növbəti addımı birbaşa İslam İnqilabının Rəhbərini təhdid etmək idi".

Laricani, İsrail və ABŞ-nin İran xalqının qarşıdurma içində hökuməti tərk edəcəyi ilə bağlı fərziyyələrinin yanlış olduğunun başa düşüldüyünü vurğulayaraq, "Ancaq xalqın güclü birliyi və müqaviməti İsraili hədəflərini yenidən nəzərdən keçirməyə məcbur etdi" deyə bildirib.
 
Hücumların ilk günündə İsrailin bəzi İran siyasi, hərbi və təhlükəsizlik rəsmilərinə təhdid mesajları göndərdiyini ifadə edən Laricani, "Mən də Tehranı tərk etmək üçün 12 saat vaxtım olduğunu bildirən bir mesaj aldım. Əks təqdirdə, mərhum komandir Qulaməli Rəşid və general-mayor Məhəmməd Baqeri ilə eyni aqibəti paylaşacağımı söylədilər, amma mən onlara Netanyahu kimi cavab verdim" deyib.
 
Gülay
OXŞAR XƏBƏRLƏR