İran İsrailə qarşı yeni raket hücumları dalğasının başladığını elan edib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İran dövlət televiziyasının yaydığı məlumata görə hücumlar bir neçə istiqamətdən həyata keçirilir.
Yerli media həmçinin Hizbullahın da eyni vaxtda İsrailə qarşı pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyini bildirib.
Həmçinin İsrailin paytaxtı Tel-Əviv də daxil olmaqla geniş ərazidə mobil telefonlara İrandan ballistik raket hücumu ilə bağlı xəbərdarlıq siqnalları göndərilib. Həmin bölgələrdə yaşayan vətəndaşlara dərhal sığınacaqlara getmək tövsiyə olunub.
Hazırda bölgədə vəziyyətin son dərəcə gərgin olduğu bildirilir.
Gülay










































