İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı

İran İsrailin bombaladığı binaları sökməyə başladı: Peyk görüntüləri üzə çıxdı
DÜNYA
15:41 28.08.2025
280
İsrail İranın paytaxtı Tehranda yerləşən nüvə obyektini vurub.
 
AZXEBER.COM xəbər verir ki, İran ağır dağıntılardan sonra sürətlə dağıntıları təmizləməyə və binaları sökməyə başlayıb.
 
Birləşmiş Millətlər Təşkilatının Nüvə Təhlükəsizliyi Agentliyi (MAQATE) iyunda İsrail və İran arasında müharibənin başlamasından və ABŞ-nin İranın üç əsas nüvə obyektinə hücumundan sonra kəsilən yoxlamaların bərpası üçün Tehranla danışıqlar aparır.
 
MAQATE-nin direktoru Rafael Qrossi Vaşinqtona səfəri zamanı İranın qanuni olaraq nüvə obyektlərini yoxlamağa icazə verməli olduğunu deyib.

Agentlik Fordo, Natanz və İsfahandakı obyektlər də daxil olmaqla bütün müvafiq əraziləri yoxlamağı və İranın 400 kiloqramdan çox silaha yaxın uran ehtiyatını hesablamağı planlaşdırır.

"Lavisan II” kimi də tanınan obyekt əvvəllər Plan AMAD kimi tanınan nüvə silahlarının inkişafı proqramı ilə əlaqəli olub.
 
Avqustun 19-na aid görüntülər zərərçəkmiş binaların tamamilə sökülərək təmizləndiyini üzə çıxarıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR