İran kişilərinə qaş almaq qadağan edildi

DÜNYA
13:33 05.05.2015
2385
Salonlara xəbərdarlıq olunub.
İran hakimiyyəti kişilərə şeytan əməli elan edilərək bəzi populyar saç düzümləri etmək qadağan edilib, bunu İSNA İran agentliyi çərşənbə axşamı bildirib.
“Şeytana sitayiş kultuna aid olan saç düzümləri qadağandır”, - İran kişi saç ustaları assosiasiyasının rəhbəri Mustafa Qovahi bəyan edib, Oxu.Az İnterfaks-a istinadən bildirir.
Bununla yanaşı o, məhz hansı saç düzümlərindən söhbət getdiyini dəqiqləşdirməyib. Amma KİV qeyd edib ki, söhbət saçların daranaraq biz-biz dayandığı saç düzümlərindən gedir.
Qovahi “islam rejimini pozan” saç düzümlərini etməyə qalxan salonları lisenziyalarının alınması ilə hədələyib.
Bundan başqa, yeni qaydalara görə kişilərə salariyə getmək, qaş almaq, eləcə də qərbi KİV-in döymələrinin İran üçün ənənəvi olmasına baxmayaraq, döymə etdirmək qadağan edilir.
OXŞAR XƏBƏRLƏR