İran ölkənin qərb hissəsində hava məkanını bağlayıb

İran ölkənin qərb hissəsində hava məkanını bağlayıb
DÜNYA
00:30 08.06.2026
204
İran hakimiyyəti təhlükəsizlik səbəbi ilə ölkənin qərb hissəsində hava məkanını növbəti xəbərdarlığa qədər bağlamaq qərarına gəlib.

AZXEBER.COM xəbər verir ki, bu barədə İranın Mülki Aviasiya Təşkilatının nümayəndəsi Məcid Əhvan məlumat verib.

"Təhlükəsizlik qiymətləndirməsindən və NOTAM-ın dərc edilməsindən sonra ölkənin qərb hava məkanı qeyri-müəyyən müddətə bağlanıb", - deyə o əlavə edib.

Əhvan İran sakinlərini lazımsız yerə hava limanlarına getməməyə və uçuş məlumatlarını media vasitəsilə izləməyə çağırıb.

Qeyd edək ki, İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb.
OXŞAR XƏBƏRLƏR