İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü
DÜNYA
23:20 07.06.2026
142
İraqda Ziqar və Bəsrə əyalətlərini birləşdirən magistral yolda sərnişin avtobusu digər nəqliyyat vasitəsi ilə toqquşub.

AZXEBER.COM "Haber Global"a istinadən xəbər verir ki, qəzadan sonra avtobusda yanğın baş verib.

Yanğın 25 nəfərin ölümünə, 17 şəxsin xəsarət almasına səbəb olub. Xəsarətlərin ağırlığı səbəbindən ölənlərin sayının artacağı gözlənilir.

Vurğulanıb ki, ölən və yaralananlar Kərbəlanı ziyarət edərək Bəsrəyə qayıdan zəvvarlar olub.

Hadisə yerinə Ziqar qubernatoru Heytəm Əziz Həmdani gəlib, hakimiyyət orqanları qəza ilə bağlı araşdırmaya başlayıb.
OXŞAR XƏBƏRLƏR