“İran mediasında Azərbaycana qarşı ancaq və ancaq nifrət püskürülüb” - Deputat

“İran mediasında Azərbaycana qarşı ancaq və ancaq nifrət püskürülüb” - Deputat
SİYASƏT
13:21 04.04.2023
306
Xəbər verdiyimiz kimi, İran Azərbaycana etiraz notası verib. İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələri tərəfindən nalayiq və təhqiredici hərəkətlərin davam etdirilməsinin ardınca İran İslam Respublikasının Bakıdakı səfirliyi bununla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərib:

"İran bu destruktiv prosesin dayandırılmasını və aradan qaldırılmasını tələb edərək, medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir". 

Bəs İranın indi də Azərbaycan mediasının hədəf alması nəyə hesablanıb?

Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında məsələ ilə bağlı fikirlərini bildirib.

O qeyd edib ki, İranın Azərbaycanı günahlandırmağa heç bir haqqı yoxdur:
"İranın bütün mediasında, televiziyalarında Azərbaycanın birinci şəxsini belə sərt ifadələr işlədiblər, Azərbaycan xalqını, Azərbaycan siyasətçilərini, Parlamentini, Parlamentin üzvlərini aşağılayıblar. Onların bütün mediasında Azərbaycana qarşı ancaq və ancaq nifrət püskürülüb. Onlar İran cəmiyyətini Azərbaycana qarşı nifrət ruhunda kökləyirlər. Ona görə də, mənə belə gəlir ki, bu, qabaqdangəlmişlikdir”. 

Deputat deyib ki, İranın Azərbaycanı günahlandırmağa mənəvi, yaxud da hüquqi haqqı yoxdur:

"Azərbaycan həmişə İranın maraqlarını gözləyib. İrana qarşı Azərbaycan mediasında gedən tənqidi yazıların da qarşısını alınırdı, məsləhət görülürdü ki, İran haqqında tənqidi heç nə yazmayın. Parlamentdə belə İran haqqında tənqidi fikirlər səsləndirməyə icazə verilmirdi. Hətta mənim hörmətli deputat həmkarım Bəhruz Məhərrəmov İranla bağlı tənqidi fikir səsləndirmişdi, ona töhmət verilmişdi, Azərbaycan bu jesti İran üçün etmişdi, amma Bəhruz müəllm nə demişdisə, düz demişdi. Haqqı var idi onu deməyə. Bu gün isə bunlar qabaqdangəlmişlik edib Azərbaycana nota verib deyirlər ki, sizin medianızda təhqir olunuruq və ya bizə qarşı tənqidi fikirlər səslənir. Niyə səslənir? Siz bu vəziyyətə çatdırdınız. Siz Azərbaycan xalqını buna vadar etmisiniz. Azərbaycan mediasını, siyasətçilərini, hökümətini buna vadar etmisiniz. Daim bizi təhdid edirlər, bizi qorxu altında saxlamaq istəyirlər. Onlar Azərbaycandan hansı bir rəhmdillik, yaxud bir xoş rəfdar gözləyə bilərlər? 

Tehranın mərkəzində Azərbaycan səfirliyini gülləboran edib terror aktına məruz qoyublar, bir nəfərimizi də şəhid ediblər, digərlərini yaralayıblar. Azərbaycanın paytaxtında, Bakının düz göbəyinin ortasında fəal bir deputatı – Fazil Mustafanı gülləboran ediblər, terror aktına məruz qoyublar və onun həyatını Allah xilas edib. Onların heç bir halda Azərbaycanı günahlandırmağa nə mənəvi, nə də hüquqi haqları var”.

Qeyd edək ki, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin Xarici İşlər Nazirliyinə (XİN) ünvanlanmış qeyd edilən notası 3 aprel tarixində daxil olub. Qeyd edilən məsələ ilə əlaqədar eyni gündə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə cavab notası təqdim olunub.

Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
23:58 14.03.2025
Türkiyə XİN: Qafqazla bağlı gözlədiyimiz nəticə çox önəmlidir
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
23:53 14.03.2025
“Qalatasaray" "Antalyaspor"u böyük hesabla məğlub edib
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
23:39 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak ediblər
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
23:20 14.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında qızıl medal qazanıb
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
23:01 14.03.2025
Zelenski: Ukrayna ordusu Kursk əməliyyatı ilə öz vəzifəsini yerinə yetirib
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
22:50 14.03.2025
Britaniya Azərbaycanla Ermənistanı sülh sazişini imzalamağa çağırıb
Milli Qəhrəmanın atası vəfat etdi
22:29 14.03.2025
Milli Qəhrəmanın atası vəfat etdi
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
22:07 14.03.2025
İtaliya Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
22:00 14.03.2025
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
21:53 14.03.2025
G7 Ukrayna ilə atəşkəsdən imtina halında Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə edib
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
21:44 14.03.2025
Bəşir Süleymanlı ilə birgə saxlanılan Altay Məmmədzadə həbs edilib.
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
21:39 14.03.2025
Sumqayıtda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
21:34 14.03.2025
Baş nazirin müavini: Mineral resurslarla bağlı saziş üzrə danışıqlar başa çatıb, Ukrayna imzalanma tarixini gözləyir
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
21:26 14.03.2025
BMT: Azərbaycan - Ermənistan arasında müzakirələri alqışlayırıq
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
21:11 14.03.2025
Putin Kurskdakı ukraynalı hərbçilərə təslim olmağı təklif edib
Bəşir Süleymanlı həbs edildi
21:06 14.03.2025
Bəşir Süleymanlı həbs edildi