İran millisinin yeni baş məşqçisi müəyyənləşdi

İran millisinin yeni baş məşqçisi müəyyənləşdi
İDMAN
19:17 15.05.2019
5681

Futbol üzrə İran millisini çalışdıracaq yeni baş məşqçinin adı məlum olub.

Yığmanın "sükan"ı Mark Vilmotsa tapşırılacaq. Bu barədə İran mətbuatı məlumat yayıb. Vilmotsla müddəti DÇ-2022-nin sonuna qədər olan müqavilə imzalanacaq.

2012-2016-cı illərdə Belçika millisinə rəhbərlik edən Vilmotsun son iş yeri Fil Dişi Sahili yığması olub. Belçikalı mütəxəssis 2017-ci ilin noyabrından işsizdir.

İran millisini son olaraq Karluş Keyruş çalışdırıb. O, DÇ-2018-dən sonra baş məşqçi postundan ayrılıb.

 

komanda.az

OXŞAR XƏBƏRLƏR