İran nüvə proqramından əl çəkməyəcək.
AZXEBER.COM "Unikal"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
Onun sözlərinə görə, İsraillə 12 günlük müharibədən sonra Tehran daha qətiyyətli olub: "Biz bu texnologiyalara həddən artıq sərmayə qoymuşuq. Alimlər öldü, insanlar sanksiyalara dözdü, bizi müharibəyə məcbur etdilər. İranda heç kim bu proqramdan əl çəkməyəcək. O, həmişə MAQATE-nin nəzarətində olub"