Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran ordusu 2 gün davam edəcək genişmiqyaslı təlimə başlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
İran Ordusu İsfahan vilayətində 2 günlük genişmiqyaslı hərbi təlimlərə başlayıb.
Quru qoşunlarının "1402 Power” adlı təlimində raket, artilleriya, hava, piyada, zirehli, hava-desant, elektron hərb və müasir döyüş bölmələri iştirak edir.
2 gün davam edəcək və İsfahanın Nəsrabad bölgəsində keçiriləcək genişmiqyaslı təlimdə 200-dən çox nəqliyyat və hücum helikopteri iştirak edir, hava qüvvələrinə bağlı birliklər də dəstək verir.
Təlimdə quru qoşunlarının mümkün təhlükələrə qarşı döyüş və müdafiə imkanları qiymətləndiriləcək.
Mikayıl