İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılmasını təsdiqləyib

İran parlamenti AEBA ilə əməkdaşlığın dayandırılmasını təsdiqləyib
DÜNYA
23:52 23.06.2025
278
İran parlamentinin müvafiq komitəsi Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) ilə əməkdaşlığın dayandırılmasını nəzərdə tutan planı təsdiqləyib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim” məlumat yayıb.

Bildirilib ki, İran hökumətinin AEBA ilə əməkdaşlığı dayandırmasını tələb edən qanun layihəsinin ümumi konturları bu gün parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının iclasında təsdiqlənib.
OXŞAR XƏBƏRLƏR