Məhəmməd Qalibaf prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.
İran parlamentinin (İslam Şurası) sədri Məhəmməd Baqir Qalibaf növbədənkənar prezident seçkilərində iştirak etmək üçün qeydiyyatdan keçib.
Keçmiş millət vəkili Həcər Çenarani də bu gün seçkilərdə qeydiyyatdan keçib.
Ümumilikdə indiyədək 60 nəfərin qeydiyyatı yekunlaşıb, onlardan 3-ü qadındır.
Proses yerli vaxtla saat 18:00-dək davam edəcək.