Biz sülh və təhlükəsizlik istəyirik, dialoqa açığıq, ancaq ləyaqət və qürurla nailiyyətlərimizdən əl çəkməyəcək və kompromisə getməyəcəyik.
Bunu İran Prezidenti Məsud Pezeşkian nüvə texnologiyaları milli günü ilə bağlı keçirilən tədbirdəki çıxışında deyib.
Məsud Pezeşkian ölkəsinin "terrorizmin qurbanı” olduğunu vurğulayıb: "Bu ölkənin işinə sadiq, müdrik, qürurverən 23 mindən çox ən yaxşı insanı terrorun qurbanı olub”.
İran Prezidenti müharibə axtarmadıqlarını, ancaq alimlərinin bilik və gücündən istifadə edərək istənilən təcavüzə qətiyyətlə qarşı duracaqlarını bildirib: "Nə qədər bizə çox zərbə vursalar, bir o qədər güclü olacağıq. Bizə qarşı olan bütün təhdidə daha güclü müqavimət göstərəcəyik”.
\report