İran prezidenti Qərbə növbəti çağırışını etdi

DÜNYA
15:03 22.09.2013
968
İran prezidenti Həsən Ruhani növbəti dəfə Qərb ölkələrini İranın öz ərazisində uran zənginləşdirmək hüququnu tanımağa çağırıb. Ruhani İran silahlı qüvvələrinin ənənəvi paradı zamanı çıxışında bu məsələyə toxunub."Qərb İran xalqının bütün hüquqlarını, xüsusən də, nüvə proqramını inkişaf etdirmək və beynəlxalq qaydalar çərçivəsində İran ərazisində uran zənginləşdirmək hüququnu qəbul etməlidir." -İran prezidenti belə deyib.Daha əvvəl də Həsən Ruhani İranın qısa müddət ərzində öz nüvə proqramının dinc məqsəd daşıdığına təminat verə biləcəyini bəyan etmişdi, lakin bunun üçün İranın nüvə energetikasına, o cümlədən uranın zənginləşdirilməsinə olan hüququna hörmət edilməli olduğunu vurğulamışdı.

OXŞAR XƏBƏRLƏR