İran qəzeti Əli Həsənovun müsahibəsini dərc etdi – FOTO

İran qəzeti Əli Həsənovun müsahibəsini dərc etdi – FOTO
SİYASƏT
20:14 09.08.2014
2203
İran İslam Respublikasında nəşr olunan “Dəniz” qəzeti Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun Azər Tac-a verdiyi müsahibəsini latın və ərəb qrafikalı Azərbaycan əlifbası ilə çap etmişdir.
Qəzetin www.daniznews.ir veb-saytında da yer alan “Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordusudur və qarşısına qoyulmuş istənilən vəzifəni icra etmək qüdrətindədir” başlıqlı müsahibədə Əli Həsənov Ermənistanın təxribat törədərək atəşkəs rejimini pozmaqda davam etməsinin bölgədə yaratdığı gərginliyi aradan qaldırmağa imkan vermədiyinə diqqət çəkib.
Müsahibədə bildirilir ki, Ermənistana məxsus silahlı qruplar qoşunların təmas xəttində təxribat törətmək məqsədilə mütəmadi olaraq Azərbaycan Ordusunun mövqelərinə hücuma keçir, lakin itkilər verərək geri çəkilirlər.
Ermənistanın beynəlxalq hüquqa barmaqarası baxması və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması istiqamətində aparılan danışıqlarda qeyri-konstruktiv mövqe tutduğunu nəzərə çatdıran Əli Həsənov atəşkəs rejiminin pozulması, onun ağır nəticələri və digər məsələlərə aydınlıq gətirmişdir.
Materialın tam mətnini aşağıdakı linklərdən oxumaq olar:
//Trend
OXŞAR XƏBƏRLƏR