İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti götürdü

İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti götürdü
DÜNYA
06:23 08.11.2026
56
İran raketlərinin uçuş məsafəsinə qoyulan məhdudiyyəti aradan qaldırıb.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi, briqada generalı Hüseyn Möhebi bəyan edib.

"İran üçün raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyət aradan qaldırılıb”, – deyə o bildirib.

İranın ISNA agentliyinin məlumatına görə, Möhebi qeyd edib ki, İslam Respublikası təhdidlərə cavab vermək imkanlarını praktikada nümayiş etdirəcək.

Onun sözlərinə görə, İran asimmetrik müharibə şəraitində rəqibinə gözləmədiyi yerdə zərbə endirmək qabiliyyətinə malikdir.
 
///modern.az
OXŞAR XƏBƏRLƏR