Günlərlə davam edən etiraz aksiyalarında İran 4 ölkəni günahlandırıb.
AZXEBER.COM İranın rəsmi xəbər agentliyi "İRNA”ya istinadən xəbər verir ki, İranın kəşfiyyat naziri Hatib ölkədəki etirazlarda ölümlə nəticələnən hadisələrin xarici güclər tərəfindən təhrik edildiyini bildirib.
İranın kəşfiyyat naziri İsmayıl Hatib ölkədə ölümlə nəticələnən etirazların ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən media tərəfindən aranınqarışdırılması səbəbindən baş verdiyini iddia edib.
Bölgədəki qeyri-sabitliyin mənbəyinin qeyri-regional aktorlar olduğunu bildirən Hatib "İran indiyə qədər möhkəm rasionallıqla strateji səbri mənimsədi, lakin düşmənçiliklərin davam edəcəyi təqdirdə bu strateji səbrin davamı üçün heç bir zəmanət vermir. İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitlik görməyəcək”,- deyə bildirib.
Ayşən