İran rəsmisi yeni hipersəs ballistik raket hazırladıqlarını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran rəsmisi qabaqcıl hava hücumundan müdafiə sistemlərindən yan keçə bilən yeni "hipersəs ballistik raket” hazırladıqlarını açıqlayıb.
İran İnqilab Keşikçiləri Ordusu Hərbi Hava Qüvvələri komandanı briqada generalı Əmir Ali Hacızadə paytaxt Tehranda keçirilən tədbirdə ölkəsinin yeni ballistik raket hazırladığını bildirib.
Sözügedən ballistik raketin hipersəs sürətinə malik olduğunu deyən Hacızadə onun qabaqcıl hava hücumundan müdafiə sistemlərinin öhdəsindən gələ biləcəyini, həm atmosferdə, həm də atmosferdən kənarda manevr qabiliyyətinə malik olduğunu iddia edib.
İran komandiri məsələ ilə bağlı əlavə məlumat verməyib.
Ayşən